Mahir Emreli Çempionlar Liqasında dubl etdi 

22:50 07.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Legiya” klubunda ilk rəsmi matçına çıxıb.

 

Hafta.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində hazırda davam edən “Bude Qlimt”lə (Norveç) səfər oyununda dubl edib. 

 

27 yaşlı hücumçu matçın 41 və 61-cı dəqiqələrində fərqlənib.

 

Oyun “Legiya” 3:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Komandalar arasında cavab matçı bir həftə sonra Varşavada olacaq.

 

Xatırladaq ki, Mahir Emreli “Legiya”ya bu yay transfer olunub. O, bu komandanın yoxlama oyunlarında da 6 qola imza atmışdı.